İQTİSADİYYAT


Vladimir Putin: Neft hasilatının azaldılması sazişinin müddətinin uzadılması qiymətdə sabitlik yaradacaq

Bakı, 16 may, Nihad Budaqov, AZƏRTAC

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və bəzi qeyri-OPEC ölkələri ilə əldə edilən neft hasilatının azaldılması üzrə sazişin müddətinin daha 9 ay uzadılması “qara qızıl”ın qiymətində sabitliyin yaranmasına səbəb olacaq.

AZƏRTAC “ria.ru”ya istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. O, Rusiya neft şirkətlərinin rəhbərləri ilə görüşdüyünü və neft hasilatının azaldılmasına dair razılaşmanın müddətinin uzadılmasının doğru qərar olacağını bildirib.

Xatırladaq ki, OPEC üzrə gündəlik neft hasilatının 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə edilib. Bundan başqa, OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən də Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıblar. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması, yaxud digər başqa bir qərarın qəbulu OPEC Nazirlər Şurasının mayın 25-də Vyanada keçiriləcək 172-ci iclasında müəyyənləşəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.