DÜNYA


Vladimir Putin Parisə gedir

Bakı, 29 may, AZƏRTAC

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mayın 29-da Parisə səfər edəcək.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron Versal sarayında keçiriləcək görüşdə ikitərəfli münasibətləri, Ukrayna və Suriya böhranının nizamlanmasını, habelə digər beynəlxalq problemləri müzakirə edəcəklər.

RF Prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Putin Parisə Makronun dəvəti ilə gedir. Liderlər Versalda Rusiya çarı I Pyotrun Fransaya ilk səfərinin 300 illiyinə həsr olunmuş sərgini ziyarət edəcəklər. Bu barədə razılıq mayın 18-də Makronun Putinlə telefon danışığı zamanı əldə olunub. Səfər çərçivəsində iki liderin tanışlığı, onların məhdud tərkibdə qeyri-formal danışıqları, daha sonra isə geniş tərkibdə görüş planlaşdırılır.

Səfərin yekunları üzrə heç bir sənəd imzalanmasının nəzərdə tutulmadığı bildirilir.

Politoloqlar qarşıdakı səfərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayır, bunu Fransanın yeni Prezidenti Emmanuel Makronun Paris və Moskva arasında kəsilmiş münasibətlərin bərpasına cəhdi kimi səciyyələndirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.