DÜNYA
Vladimir Putin Parisə səfərini təxirə salıb
Bakı, 11 oktyabr, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putinin Fransa Prezidenti Fransua Ollandla danışıqlar aparmaq üçün Parisə oktyabrın 19-na nəzərdə tutulan səfəri təxirə salınıb. Kreml bu informasiyanı təsdiqləyib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov səfərin Fransa Prezidenti üçün münasib vaxtda reallaşdırıla biləcəyini deyib. Kremlin sözçüsü izah edib ki, Vladimir Putin Rusiya mədəni-mənəvi mərkəzinin açılışına həsr olunan tədbirlərdə iştirak etməli idi. Lakin təəssüf ki, həmin tədbirlər proqramdan çıxarılıb. Bu səbəbdən də Prezident səfərini təxirə salmaq qərarına gəlib.
Dövlət başçısının mətbuat katibi xatırladıb ki, Vladimir Putin fransalı həmkarı ilə təmasların lap başlanğıcında səfərə Fransua Olland üçün əlverişli vaxtda gəlməyə hazır olduğunu bildirmişdi. “Odur ki, biz həmin vaxtın yetişməsini gözləyirik. Əgər onda məsələ gündəlikdə olarsa, RF Prezidenti səfərin mümkünlüyünü nəzərdən keçirə bilər”, - deyə Peskov qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]