DÜNYA


Vladimir Putin: Rusiya 2016-cı ildə 4,6 milyard dollarlıq silah və hərbi texnika ixrac edib

A+ A

Bakı, 8 iyul, AZƏRTAC

Rusiya 2016-cı ildə 4,6 milyard dollarlıq silah və hərbi texnika ixrac edib, sifarişlərin portfeli isə 50 milyard dollardan yuxarıdır. Bu barədə Rusiya Prezidenti Vladimir Putin xarici dövlətlərlə hərbi-texniki əməkdaşlıq məsələsi üzrə komissiyanın iclasında bildirib.

AZƏRTAC Rusiya Prezidentinin rəsmi saytına istinadla xəbər verir ki, Vladimir Putin, həmçinin Rusiyanın hərbi sənaye kompleksinin müəssisələrini digər ölkələrlə rəqabətin artmasına hazır olmağa çağırıb.

Xatırladaq ki, 2015-ci ildə Rusiya 14,5 milyard dollar həcmində silah ixrac edib. Bununla yanaşı, həmin il Rusiyanın silah ixracatında sifariş portfelinin göstəricisi 1992-ci ildən bu yana ilk dəfə olaraq 56 milyard dollara çatıb. Rusiya silahının əsas idxalçıları isə Hindistan və İraq kimi ənənəvi tərəfdaş ölkələr olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.