DÜNYA
Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin sayını artırıb
Bakı, 29 mart, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin ölkənin Silahlı Qüvvələrinin ştat sayını 1,897 milyon nəfərədək artırıb. Bu, keçmiş fərmanla təyin olunandan təxminən 12 min nəfər çoxdur.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, müvafiq sənəd imzalandığı vaxtdan qüvvəyə minir. 2017-ci il iyulun 1-dən Silahlı Qüvvələrin sayı 1,903 milyon nəfərə çatacaq. Bununla yanaşı, hərbçilərin sayı dəyişməyəcək və 1,013 min nəfər təşkil edəcək.
2016-cı ilin iyulunda dərc olunan əvvəlki fərmana əsasən Silahlı Qüvvələrin ştat sayı 1,885 milyon nəfər olub. Beləliklə, keçən illə müqayisədə Rusiya Ordusunun ümumi sayı təxminən 12 min nəfər artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]