İQTİSADİYYAT


Vladimir Putin: Rusiya neft hasilatının məhdudlaşdırılması tədbirlərinə qoşulmağa hazırdır

A+ A

Moskva, 10 oktyabr, AZƏRTAC

Rusiya Prezidenti Vladimir Putin İstanbulda keçirilən Ümumdünya Energetika Konqresində bildirib ki, karbohidrogen erasının başa çatdığını iddia etmək hələ tezdir.

O qeyd edib, bəşəriyyət “yaşıl energetika”ya doğru gedir və bu, düzgün istiqamətdir. Lakin ona paralel olaraq neft-qaz istehlakı, əvvəlki kimi olmasa da, artmaqda davam edəcək. Rusiya Prezidenti maye qaz istehsalının həcminin artmasının qaz bazarının qloballaşmasına, paralel infrastrukturların da inkişafına səbəb olduğunu qeyd edib. Onun sözlərinə görə, artıq 10 ildən sonra maye qaz satışının həcmi ənənəvi qaz satışının həcmindən çox olacaq.

V.Putinin fikrincə, hazırki vəziyyətdə neft hasilatının dondurulması və ya hasilatın azaldılması dünya iqtisadiyyatında sabitliyin qorunmasının yeganə yoludur və bu, bazarda tarazlığın bərpa edilməsini sürətləndirər. V.Putin vurğulayıb ki, Rusiya neft hasilatının məhdudlaşdırılması tədbirlərinə qoşulmağa hazırdır və digər neft ixracçılarını belə addım atmağa dəvət edir. Rusiya Prezidenti OPEK-in neft hasilatına limitin təsbit edilməsi təşəbbüsünü dəstəkləyərək ümidvar olduğunu bildirib ki, noyabrda bu ideya sənədləşdiriləcək.

V.Putin vurğulayıb ki, Rusiya bundan sonra da bütün maraqlı ölkələrlə energetika sahəsində qarşılıqlı surətdə faydalı və bərabərhüquqlu tərəfdaşlıq əsasında əməkdaşlıq edəcəkdir.

Rusiya Prezidenti səfəri çərçivəsində türkiyəli tərəfdaşları ilə “Türk axını” layihəsini müzakirə etdiyini də deyib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.