DÜNYA


Vladimir Putin Rusiyanın iqtisadi inkişaf nazirini tutduğu vəzifədən azad edib

A+ A

Bakı, 15 noyabr, AZƏRTAC 

Rusiya Prezidenti Vladimir Putin bu ölkənin iqtisadi inkişaf naziri Aleksey Ulyukayevi tutduğu vəzifədən azad edib.

AZƏRTAC TACC agentliyinə istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, A.Ulyukayev “Rusneft”dən “Başneft” şirkətinin dövlət səhmləri paketlərini almasını təsdiq etmək üçün 2 milyon dollar məbləğində rüşvət almaqda təqsirləndirilərək həbs olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.