DÜNYA


Vladimir Putin: “Türk axını” layihəsinin reallaşacağına inanıram

A+ A

Bakı, 2 sentyabr, Nihad Budaqov, AZƏRTAC

“Türk axını” qaz boru kəməri (Turkish Stream) layihəsi yekun nəticədə reallaşacaq.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib. O, layihənin yekun nəticədə reallaşacağına inandığını və “Türk axını” sayəsində Avropaya Rusiya qazının ixracının qarşısında texniki olaraq hər hansı bir problemin qalmayacağını vurğulayıb.

Qeyd edək ki “Türk axını” üzrə ilk boru kəmərinin tikintisinə 2019-cu ilin ikinci yarısında başlanılacağı planlaşdırılır. “Türk axını” ilə Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Kəmərlə 16 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılır. Layihə üzrə iki boru kəmərinin tikilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.