DÜNYA


Vladimir Putin və Barak Obama Suriya və Ukrayna məsələsini müzakirə ediblər

A+ A

Bakı, 5 sentyabr, AZƏRTAC

Sentyabrın 5-də Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Barak Obama Çinin Hançjou şəhərində keçirilən G20 sammiti çərçivəsində görüşüblər.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov prezidentlərin 1 saat 20 dəqiqə davam edən təkbətək görüşü zamanı Suriya və Ukrayna mövzularının müzakirə olunduğunu bildirib.

Onun sözlərinə görə, görüşün formatı “ən son anda” müəyyən olunub. Görüş barədə hər iki ölkə lideri sammit zamanı razılaşıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.