DÜNYA
Vladimir Putin yaponiyalı jurnalistlərə “Yume” ləqəbli itini göstərib
Bakı, 13 dekabr, AZƏRTAC
Yaponiya KİV-lərinə müsahibəsindən əvvəl Rusiya Prezidenti Vladimir Putin jurnalistlərin xahişi ilə onlara “Yume” (Arzu) ləqəbli itini göstərib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiya Prezidenti akita-inu cinsındən olan itin onu həmişə müdafiə etdiyini bildirib.
Bu iti Putinə 2012-ci ildə Yaponiyanın Akita prefekturasının rəhbərliyi bağışlayıb. Rusiya prezidenti isə əvəzində Akita qubernatoruna Sibir pişiyi hədiyyə edib. Akita-inu Yaponiyada populyar it cinslərindən biridir və baş rolda Riçard Girin çəkildiyi “Xatiko” filmindən sonra dünyada məşhurlaşmağa başlayıb.
Putin heyvanlara sevgisi ilə tanınır. Onun “kolleksiyasında” digər populyar cinslərdən olan itlər də var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]
UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır
- 25.04.2024 [14:42]
Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır
- 25.04.2024 [14:39]
Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb
- 25.04.2024 [14:32]