DÜNYA


Vladimir Qroysman: Ukraynada yolların 95 faizi bərbad vəziyyətdədir

Kiyev, 23 iyun, AZƏRTAC

Ukraynanın Baş naziri Vladimir Qroysman söz verib ki, 5-7 il ərzində Ukraynanın yolları təmir ediləcək. Ölkə yollarının 95 faizinin bərbad vəziyyətdə olduğunu bildirən Baş nazir deyib: “Bu, dünənin, iki ilin problemi deyil, on illərin yığılıb qalan problemidir. 5-7 ilə biz Ukrayna yollarını səliqə-sahmana sala biləcəyik. Sözsüz ki, bunun üçün Ukrayna iqtisadiyyatı inkişaf etməlidir ki, yolların təmirinə maliyyə ayıra bilək.

V.Qroysman qeyd edib ki, hazırda Ukrayna yollarında genişmiqyaslı yenidənqurma işlərinə başlanılıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.