MƏDƏNİYYƏT


Vladimir Vinokur: Bakı dünyanın ən hərarətli şəhəridir

“Jara-2017” festivalının üçüncü gününün qırmızı xalı üzərindən keçən iştirakçıları jurnalistlərin suallarını cavablandırırlar

Bakı, 29 iyul, AZƏRTAC

Rusiyanın soyuq havası məni bezdirdi. Buna görə də Bakıya, dünyanın ən hərarətli şəhərinə gəldim.

AZƏRTAC xəbər verir ki, “Jara-2017” Beynəlxalq Musiqi Festivalının iştirakçısı Rusiyanın Xalq Artisti, parodiyaçı Vladimir Vinokur qırmızı xalı üzərindən keçərkən Bakı və festival haqqında fikirlərini yumoristik şəkildə belə ifadə edib.

Bir qədər əvvəl festivalın üçüncü gününün iştirakçılarının qırmızı xalı üzərindən ənənəvi keçidi başlayıb. Onlar jurnalistlərin suallarını cavablandırır, festivalla bağlı təəssüratlarını bölüşürlər.

Anjelika Aqurbaş: “Jara” festivalların ən yaxşısıdır

Bakıya üç gün əvvəl gələn həmkarlarına qibtə etdiyini bildirən Belarusun Əməkdar Artisti Anjelika Aqurbaş deyib: “Bakıya bu gecə gəlmişəm. Festivala hazırlaşırdım. “Jara”ya yalnız gözəl zahiri görkəmlə deyil, hazırlıqlı gəlmək lazımdır. Bu gün “Luçşıy tebya net” mahnısını oxuyacağam. Bu mahnı məhz “Jara”ya həsr olunub. Doğrudan da bu festivaldan yaxşısı yoxdur”.

Tədbirin bu hissəsində Yuliya Lısenko və Slava Nikitin aparıcılıq edirlər.

Xatırladaq ki, “Jara”da üçüncü gecə SSRİ Xalq Artisti, Rusiya Federasiyası Dövlət mükafatı laureatı Alla Puqaçovanın yaradıcılığına həsr edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.