İQTİSADİYYAT
Vladivostokda iqtisadi statistikanın təkmilləşdirilməsi üzrə regional müşavirə keçirilib
Bakı, 22 sentyabr (AZƏRTAC). Rusiya Federasiyasının Vladivostok şəhərində “Makroiqtisadi statistika üçün beynəlxalq standartların əlaqələndirilmiş tətbiqi” mövzusunda regional müşavirə keçirilib. Tədbir BMT-nin Asiya və Sakit Okean hövzəsi ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının Rusiya Dövlət Statistikasının Federal Xidməti ilə əməkdaşlığı çərçivəsində təşkil olunub. İclasda Azərbaycanı Dövlət Statistika Komitəsinin əməkdaşı Sevinc Fəttahova təmsil edib.
Komitədən AZƏRTAC-a bildirilib ki, müşavirədə Asiya və Sakit Okean hövzəsi ölkələrində iqtisadi statistikanın təkmilləşdirilməsi üçün regional proqram çərçivəsində aparılmış qiymətləndirmənin və məsləhətləşmələrin nəticələri müzakirə olunub.
Beynəlxalq tədbirdə bir sıra ölkələrin statistika orqanlarının mütəxəssisləri, mərkəzi bank və maliyyə nazirliklərinin nümayəndələri iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [16:26]
Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib
- 19.04.2024 [16:10]
“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub
- 19.04.2024 [15:45]
Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib
- 19.04.2024 [15:35]
Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb
- 19.04.2024 [14:58]
® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir
- 19.04.2024 [14:41]
Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək
- 19.04.2024 [14:37]