İQTİSADİYYAT


“Vnukovo” hava limanı AZAL vasitəsilə aviareyslərin sayını artırıb

Bakı, 19 aprel, Elvin Camalov, AZƏRTAC

Moskvanın “Vnukovo” hava limanı AZAL vasitəsilə aviareyslərin sayını artırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə aeroportun administrasiyası məlumat yayıb.

Bildirilib ki, bu ilin birinci rübündə “Vnukovo” hava limanı 3 milyon 224 min nəfər sərnişinə xidmət göstərib, bu isə ötən illə müqayisədə 45 faiz artım deməkdir. Yalnız mart ayında aeroportda 12 min 672 aviareys həyata keçirilib.

Qeyd edilib ki, aviareyslərin sayının artmasına Paris və Nitsaya uçuşları bərpa edən “Rusiya” aviaşirkəti, MDB ölkələrinə yerinə yetirilən reyslərin sayını artıran “Utair” və uçuş coğrafiyasına Gəncə və Qəbələni əlavə edən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) hesabına nail olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.