MƏDƏNİYYƏT


Vokalçıların Müslüm Maqomayev adına IV beynəlxalq müsabiqəsinin final konserti keçiriləcək

A+ A

Bakı, 25 iyul, AZƏRTAC

Xəbər verdiyimiz kimi, oktyabrın 22-23-də Moskvada Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun təşkilatçılığı ilə Vokalçıların Müslüm Maqomayev adına IV beynəlxalq müsabiqəsi keçiriləcək.

AZƏRTAC Fondun saytına istinadla xəbər verir ki, müsabiqənin final konserti oktyabrın 23-də “Crocus City Hall” səhnəsində reallaşacaq.

Konsertdə 12 ölkədən, o cümlədən Azərbaycan, Argentina, Gürcüstan, Misir, İsrail, İtaliya, Qazaxıstan, Çin, Rusiya, Monqolustan, Ukrayna və Xorvatiyadan vokalçılar çıxış edərək müsabiqənin laureatı adı uğrunda mübarizə aparacaqlar.

Gənc vokalçılar artistlər həm klassik ariyaları, Neopolitan mahnılarını, həm də estrada janrından, eləcə də Müslüm Maqomayevin repertuarından mahnıları ifa edəcəklər.

SSRİ Xalq Artisti Tamara Sinyavskayanın rəhbərliyi altında beynəlxalq münsiflər heyəti vokalçıların ifasını qiymətləndirəcək. Müsabiqə-konsert Moskvanın “Russkaya filarmoniya” simfonik orkestrinin müşayiəti ilə keçiriləcək. Orkestrə Dmitri Yurovski dirijorluq edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.