İDMAN


Voleybol üzrə Avropa çempionatının hazırlığına Göygöldə start verilib

A+ A

Bakı, 27 oktyabr, AZƏRTAC 

Xəbər verdiyimiz kimi, 2017-ci ildə voleybol üzrə qadınlar arasında Avropa çempionatına Azərbaycan və Gürcüstan birgə ev sahibliyi edəcək. İki qrupun oyunları Bakıda, bir qrup Gürcüstanda və digəri isə Göygöldə keçiriləcək.

Azərbaycan Voleybol Federasiyasından (AVF) AZƏRTAC-a bildiriblər ki, oktyabrın 27-də Avropa çempionatına hazırlıqla bağlı Avropa Voleybol Konfederasiyasının vitse-prezidenti, eləcə də Türkiyə Voleybol Federasiyasının prezidenti Özkan Mutlugil Göygöldə olub.

Qonaq AVF-nin rəsmiləri, Göygöl Rayon İcra Hakimiyyətinin və idman idarəsinin rəhbərliyi ilə görüşüb. Artıq Göygöl Olimpiya İdman Kompleksində hazırlıq işlərinə start verilib.

Qeyd edək ki, noyabrda Avropa çempionatının keçirilməsi ilə bağlı müqavilənin imzalanma və yarışın püşkatma mərasimləri keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.