İDMAN


Voleybol üzrə Azərbaycan çempionatının təqvimi açıqlanıb

A+ A

Bakı, 1noyabr, AZƏRTAC

Kişilər və qadınlar arasında voleybol üzrə Azərbaycan Superliqasının təqvimi açıqlanıb.

Azərbaycan Voleybol Federasiyasından AZƏRTAC-a bildirilib ki, mübarizəyə ilk olaraq, noyabrın 3-də kişi voleybolçular başlayacaqlar. İlk turda “Nəqliyyatçı” komandası “Lokomotiv” ilə, “Naxçıvan” kollektivi “Sumqayıt” ilə, “Neftçi” isə MOİK ilə qarşılaşacaq.

Açılış mərasimi həmin gün saat 16:00-da başlayacaq.

Qadınlardan ibarət komandaların yarışına isə noyabrın 8-də start veriləcək. Azarkeşlər ilk turda “Telekom”-“Azəryol”, “Azərreyl”-“Lokomotiv” oyunlarını izləyə biləcəklər.

Superliqanın bu mövsümündə yenilik olacaq. Belə ki, çempionatda Gürcüstan təmsilçisi də çıxış edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.