İDMAN


Voleybol üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində ardıcıl üçüncü qələbəsini qazanıb

Bakı, 1 iyun, G. Mahmudlu, AZƏRTAC

İyunun 1-də qadın voleybolçular arasında dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığması ardıcıl üçüncü qələbəsini qazanıb.

AZƏRTAC xəbər verir ki, Bakı İdman Sarayında Danimarka millisi ilə qarşılaşan yığmamız 3:0 hesabı ilə qalib gəlib.

Təmsilçilərimiz hər üç setdə rəqibini böyük hesabla məğlub ediblər - 25:12; 25:14; 25:14.

Hazırda Azərbaycan millisi 9 xalla “E” qrupunun lideridir. Hollandiya və Ukrayna milli komandaları 6 xalla ikinci və üçüncü pillədə yer alıblar. İsrail 3 xalla dördüncü yerdədir. Norveç və Danimarka komandalarının isə hesabında xal yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.