İDMAN


Voleybol üzrə Azərbaycan millisinin rəqibləri müəyyənləşib

A+ A

Bakı, 27 oktyabr, AZƏRTAC

Lüksemburqda voleybol üzrə 2018-ci ildə keçiriləcək dünya çempionatinin ikinci seçmə mərhələsinin püşkü atılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın qadınlardan və kişilərdən ibarət milli komandalarının rəqibləri müəyyən edilib. “E” qrupunda yer alan qadın yığmamızın rəqibləri Hollandiya, Ukrayna, İsrail, Danimarka və Norveç komandalarıdır. Oyunlar gələn il mayın 30-dan iyunun 4-dək ölkəmizdə keçiriləcək.

Kişi voleybolçularımız isə Fransa, Almaniya, Türkiyə, Ukrayna və İslandiya yığmaları ilə “A” qrupunda mübarizə aparacaqlar. Qarşılaşmalar gələn il mayın 23-28-də Fransada oynanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.