İDMAN


Voleybol üzrə Ukrayna millisi Norveç yığmasına qalib gəlib

Bakı, 1 iyun, AZƏRTAC

İyunun 1-də Bakı İdman Sarayında qadın voleybolçular arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində Ukrayna və Norveç milliləri qarşılaşıblar.

AZƏRTAC xəbər verir ki, Ukrayna millisi görüşdən 3:1 hesablı qələbə ilə ayrılıb.

Matçın ilk hissəsində ukraynalı voleybolçular 25:21 hesabı ilə qalib gəliblər. İkinci setdə təşəbbüsü ələ alan Norveç təmsilçiləri hissəni öz xeyirlərinə tamamlayıblar - 25:22. Üçüncü və dördüncü setdə rəqibindən aşkar üstün olan Ukrayna komandası 25:14 və 25:17 hesabı ilə qalib gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.