İDMAN


Voleybol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində “E” qrupunun oyunlarına yekun vurulub

Bakı, 3 iyun, AZƏRTAC

İyunun 3-də Bakı İdman Sarayında qadın voleybolçular arasında 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində “E” qrupunun oyunlarına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, günün mərkəzi oyunu Azərbaycan və Hollandiya yığmaları arasında oynanılıb. Gərgin idman mübarizəsi şəraitində keçən matçdan Azərbaycan voleybolçuları qalib ayrılıb. Komandamız hər üç setdə rəqibindən üstün olub – 30:28; 25:22; 25:13. Bununla da qrup lideri olan millimiz dünya çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanıb. Hollandiya təmsilçiləri isə play-offda mübarizə aparacaq.

Günün açılış oyununda Norveç komandası ilə qarşılaşan İsrail millisi görüşdə 3:1 hesablı qələbə qazanıb – 25:19; 15:25; 25:17; 25:15. Beləliklə, İsrail yığması turnirdə dördüncü, Norveç komandası isə beşinci olub.

Ukrayna və Danimarka voleybolçuları isə beşinci günün sonuncu oyununda üz-üzə gəliblər. Ukrayna təmsilçiləri hər üç setdə çətinlik çəkmədən rəqiblərini məğlub ediblər – 25:14; 25:18; 25:16. Bu nəticələrdən sonra Ukrayna millisi turniri üçüncü pillədə başa vurub. Danimarka voleybolçuları isə xal qazana bilməyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.