İDMAN


Voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb

A+ A

Bakı, 18 noyabr, AZƏRTAC

Noyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci ildə voleybol üzrə Avropa çempionatının final mərhələsinin Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması ilə bağlı Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncamda Avropa Voleybol Konfederasiyasının sentyabrdakı yığıncağında 2017-ci ildə voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin üç qrup oyununun, play-off mərhələsinin görüşlərinin və final qarşılaşmasının gələn il sentyabrın 19-dan oktyabrın 1-dək Bakıda keçirilməsinə dair qərarın Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlərə verilən yüksək qiymətin təzahürü olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, ölkəmizdə beynəlxalq səviyyəli tədbirlərin, xüsusən ilk Avropa Oyunlarının və 42-ci Ümumdünya Şahmat Olimpiadasının, eləcə də idmanın bir çox idman növü üzrə dünya və Avropa çempionatlarının, Dünya Kuboku və Qran-Pri yarışlarının təşkilinin ənənəvi hal alması bu çempionatın da yüksək səviyyədə keçiriləcəyinə inam yaradır.

Sərəncama əsasən, 2017-ci ildə voleybol üzrə Avropa çempionatının final mərhələsinin Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb. Baş nazirin birinci müavini Yaqub Eyyubov Təşkilat Komitəsinin sədri təyin olunub. Təşkilat Komitəsinə Avropa çempionatının final mərhələsinin Bakıda keçirilməsinə dair Tədbirlər Planını hazırlayıb həyata keçirmək tapşırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.