İDMAN


Voleybol üzrə yığmamızın Sloveniya komandası ilə görüşü bərabərə yekunlaşıb

Bakı, 10 avqust, AZƏRTAC

Sloveniyada təlim-məşq toplanışında olan Azərbaycanın qadınlardan ibarət voleybol üzrə yığması ilk yoxlama matçını keçirib.

AZƏRTAC xəbər verir ki, Faiq Qarayevin yetirmələri Sloveniya millisi ilə qarşılaşıblar. Matç heç-heçə yekunlaşıb. İlk iki seti Sloveniya yığması qələbə qazansa da, növbəti iki hissədə komandamız üstün olub – 2:2 (23:25, 26:28, 25:20, 25:13).

Yoxlama oyunundan sonra yığmamızın hücumçusu Yana Kulan bildirib ki, görüş heç də asan alınmayıb: “Sloveniyanın çox yaxşı komandası var, onlar texnikalı voleybol oynayırlar və çox güclüdülər. Bizim üçün çətin bir sınaq oldu. Artıq növbəti matçlara hazırlaşacağıq”.

Qeyd edək ki, yığmamız Sloveniyada daha bir neçə sınaq matçı keçirəcək.

Daha sonra İtaliyaya gedəcək millimiz qitə çempionatına hazırlığı bu ölkədə başa çatdıracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.