İDMAN


Voleybol yarışının altıncı günü: Azərbaycan millisinin növbəti qələbəsi

Bakı, 16 may, A.İsmayılova, P.Rəhimova, AZƏRTAC

Mayın 16-da IV İslam Həmrəyliyi Oyunlarının voleybol yarışının altıncı gününün ilk oyunu kişilərin mübarizəsində “B” qrupunda yer alan İran və Mərakeş yığma komandaları arasında keçirilib.

AZƏRTAC xəbər verir ki, görüş İran millisinin 3:0 (25:15, 25:23, 25:11) hesablı qələbəsi ilə yekunlaşıb.

Günün ikinci oyununda kişilərin yarışında “A” qrupunda yer alan Azərbaycan və Fələstin milli komandaları qarşılaşıblar. Görüşün favoriti hesab olunan Azərbaycan millisi hər üç setdə böyük fərqlə qalib gəlib - 25:14, 25:17 və 25:12.

Sonuncu qarşılaşmada Qırğızıstanın və Tacikistanın qadın idmançıları üz-üzə gəliblər. Maraqlı idman mübarizəsi şəraitində keçən görüş 3:1 (25:23, 20:25, 25:16 və 25:6) hesabı ilə Qırğızıstan təmsilçilərinin xeyrinə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.