İDMAN


Voleybolçu qızlarımız dünya çempionatının seçmə mərhələsində Ukrayna yığmasına qalib gəliblər

Bakı, 31 may, AZƏRTAC 

Azərbaycanın qadın voleybolçuları dünya çempionatının seçmə mərhələsinin qrup oyunları çərçivəsində növbəti görüşü də qələbə ilə başa vurublar.

AZƏRTAC xəbər verir ki, mayın 31-də Bakı İdman Sarayında keçirilən oyunda milli komandamız Ukrayna yığması ilə qarşılaşıb. Faiq Qarayevin yetirmələri qarşılaşmada hər üç setdə qələbə qazanıblar - 25:17, 25:17, 25:21.

Komandamız növbəti oyunda Danimarka yığması ilə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.