DÜNYA


“Volkswagen” antinobel mükafatına layiq görülüb

A+ A

Bakı, 23 sentyabr, Elvin Camalov, AZƏRTAC

Almaniyanın “Volkswagen” avtomobil şirkətinə 2016-cı ilin kimya üzrə Şnobel mükafatı təqdim olunub.

AZƏRTAC “Reuters” agentliyinə istinadən xəbər verir ki, avtomobil konserni bu mükafata ətraf mühitə atılan zərərli maddələri “effektiv” şəkildə ölçən cihazı yaratdığı üçün layiq görülüb.

Qeyd edək ki, Şnobel mükafatı ABŞ-da Harvard universitetində təqdim olunub. Bu mükafat 1991-ci ildən təsis edilib, qeyri-adi fikirlərə və cəfəng elmi araşdırmalara verilir.

Xatırladaq ki, bundan öncə “Volkswagen” ətraf mühitə atılan maddələrin göstəricilərinin gizlədilməsində yol verdiyi nöqsana görə külli miqdarda cərimələnib. Bu proses “dizel qalmaqalı” kimi tarixə düşüb. Yaranmış qalmaqalın fəsadlarını aradan qaldırmaq üçün şirkət ABŞ-da 10,2 milyard dollara yaxın pul xərcləməli olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.