DÜNYA
Volkswagen dünya liderliyi uğrunda mübarizə aparır
Bakı, 22 noyabr, AZƏRTAC
Alman avtomobil istehsalatçısı Volkswagen yaxın dörd il ərzində yeni modellərin və texnologiyaların yaradılmasına, zavodların tikintisinə 86 milyard avro xərcləmək niyyətindədir. Sərmayələrin 56 faizi Almaniyaya yatırılacaq.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, Volkswagen konserninin baş direktoru Martin Vinterkorn müəssisənin həm iqtisadi, həm də ekoloji baxımdan dünya bazarında lider olmağı qarşısına məqsəd qoyduğunu deyib.
O, həmçinin qeyd edib ki, yatırılan sərmayənin üçdə iki hissəsi ekoloji baxımından təmiz istehsal üsulu ilə qənaətcil mühərrik və texnologiyalarının yaradılmasına yönəldiləcək.
Konsernin rəhbəri bu proqramın Çini əhatə etmədiyini, yaxın beş ildə bu ölkə üzrə əlavə olaraq 22 milyard avro ayrılacağını da diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]