DÜNYA


“Volkswagen” gələn il xərclərini 10 faiz azaldacaq

A+ A

Bakı, 17 oktyabr, Elvin Camalov, AZƏRTAC

Almaniyanın “Volkswagen” avtomobil konserni “dizel qalmaqalı” ilə bağlı kompensasiyaların ödənişinə görə 2017-ci ildə xərclərini 10 faiz azaldacaq.

AZƏRTAC “aastocks.com”a istinadən xəbər verir ki, bunu konsernin rəhbəri Mattias Müller deyib.

Şirkət rəhbərinin sözlərinə görə, xərclərin azaldılması ağır prosesdir. Lakin şirkət avtomobil sənayesindəki struktur dəyişikliklərinə riayət etməlidir ki, bu da az xərc tələb etmir.

Qeyd edək ki, noyabrın 18-də şirkətin Müşahidə Şurasının iclasında gələn il üzrə xərclərin planı təsdiq ediləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.