DÜNYA


“Volvo” şirkəti özünü idarə edən avtomobil istehsalı üzrə saziş imzalayıb

Stokholm, 29 iyun, AZƏRTAC

İsveçin iri avtomobil istehsalçısı olan “Volvo” şirkətinin nümayəndələri iki şirkətlə özünü idarə edən avtomobillərin birgə istehsalı üzrə saziş imzalayıb.

İsveç KİV-lərinin yaydığı məlumatda bildirilir ki, sazişlər “Autoliv” və “Nvidia” şirkətləri ilə imzalanıb. “Autoliv” şirkəti təhlükəsizlik sistemləri istehsal edir, “Nvidia” şirkəti isə pilotsuz avtomobillər üçün “Drive PX2” kompüter sistemləri təqdim edir. Həmin kompüterlər 12 kameradan istifadə etməyə, radar və lidarlardan alınmış informasiyanın təhlilini aparmağa və avtomobili idarə etməyə qadirdir. Ekspertlər bildirirlər ki, “Drive PX2” pilotsuz avtomobillər üçün özünəməxsus süni intellektdir.

Layihəni “Volvo”nun müştərək şirkəti həyata keçirəcək. Şirkət ilk özünü idarə edən avtomobili 2021-ci ildə təqdim etməyi planlaşdırır.

Qeyd edək ki, “Volvo” “Nvidia” ilə ilk dəfə əməkdaşlıq etmir. Əvvəllər bu iki şirkət İsveçin cənubunda yarımmüstəqil nəqliyyat vasitələrini sınaqdan keçiriblər. Məsələn, “Volvo” yalnız marşrut göstərmək üçün sürücü tələb olunan pilotsuz yükdaşıyan maşını müvəffəqiyyətlə sınaqdan keçirib.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.