Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Vüqar Babayev: AMEA Yüksək Texnologiyalar Parkının yaradılması akademiyanın tarixində yeni bir səhifə açıb

Vüqar Babayev: AMEA Yüksək Texnologiyalar Parkının yaradılması akademiyanın tarixində yeni bir səhifə açıb

Bakı, 27 yanvar, Xatirə Cəfərova, AZƏRTAC

Prezident İlham Əliyevin 2016-cı il 8 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı” yaradılıb. Yüksək Texnologiyalar Parkının (YTP) direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev AZƏRTAC-a müsahibəsində bu qurumun fəaliyyətinin əsas istiqamətləri barədə məlumat verib.

V.Babayev bildirib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı AMEA-nın tarixində yeni bir səhifə açıb. Bu sənəd AMEA-ya imkan yaradır ki, burada aparılan elmi tədqiqat işlərinin nəticələri, ixtiralar, alimlərimizin innovativ layihə və təklifləri sahibkarlıq subyektləri ilə birgə kommersiyalaşdırıla bilsin. Burada vacib məqamlardan biri də odur ki, elmin istehsal prosesində iştirakı hər zaman riskli məsələ sayılır. Buna görə də elmtutumlu fəaliyyətin rəqabətli olması üçün ona müvafiq imtiyazlar vermək lazımdır. YTP-nin ərazisi AMEA-nın və ümumiyyətlə Azərbaycan alimlərinin, yaradıcı şəxslərin innovativ layihələrinin biznes sektoru nümayəndələrinin iştirakı ilə güzəştli şərtlərlə tətbiqinə şərait yaradır.

Direktor deyib ki, hazırda YTP-nin təşkilatlanma prosesi gedir. Mərkəzi icra hakimiyyəti orqanları ilə YTP-nin birgə fəaliyyəti təşkil edilir. Ümid edirəm ki, bu ilin sonunadək həm elmi ictimaiyyət, həm sahibkarlıq sektorunun nümayəndələri, həm də maliyyə qurumları AMEA ilə birgə YTP-də uğurlu nəticələrin iştirakçısı və şahidi olacaqlar.

YTP-yə artıq ardıcıl olaraq həm sahibkarların, həm də investorların müraciət etdiyini bildirən V.Babayev deyib ki, onlar ixracyönümlü, idxaləvəzedici və rəqabətədavamlı məhsulların istehsalında maraqlıdırlar. Sahibkarlar hər hansı bir elmi ixtiranın nəticəsini tətbiq etmək və onu istehsala ötürmək istəyirlərsə yaradılmış ekspertiza şurası müvafiq kriteriyalar üzrə onların təkliflərini nəzərdən keçirib müzakirə edərək yekun qərarlarını bildirirlər. Qərar müsbət olduğu halda sahibkara və yaxud investorun maliyyələşdirdiyi layihənin icraçısına rezident şəhadətnaməsi verilir, YTP-da müvafiq yer ayrılır və təklif edilən biznes plan təsdiqlənir. Bu proseslərə AMEA-da yaradılmış “AMEA YTP MMC” operatoru rəhbərlik edir. “AMEA YTP MMC” biznes plana uyğun layihənin icrasına nəzarət edir. Həmin sahibkarlıq subyekti üçün şərait yaradılır, infrastruktur təklif edilır, müxtəlif xidmətlər göstərilir və biznes planın iş qrafikinə uyğun işlər icra edilir. Burada müxtəlif xidmətlər - hüquq, mühasibat, marketinq, ketrinq, mühafizə və digərləri təklif olunur.

İnstitusional inkişafla yanaşı, YTP-də müxtəlif ölkələrdə ayrı-ayrı sahələr üzrə fəaliyyət göstərən görkəmli alimlərimizlə əlaqə saxlanılır. Onlar Vətənə dəvət edilərək tətbiqi xarakterli layihələr işlənilir və qarşılıqlı maraqlar əsasında beynəlxalq əməkdaşlıq təşviq olunur. Yalnız Azərbaycanda deyil, eyni zamanda, ölkəmizdən kənarda yaşayan alimlərimizin ixtiraları, yenilikləri, innovativ təklifləri diqqətdə saxlanılır.

Sərəncamda nəzərdə tutulduğu kimi, YTP-nin məkanı AMEA Təcrübə Sənaye Zavodunun (TSZ) ərazisidir. YTP-nin direktoru son iki ildə bu zavodda aparılan yenidənqurma işləri barədə danışıb.

Qeyd edilib ki, 1974-cü ildə yaradılan TSZ sovet dövründə AMEA-nın tərkibində fəaliyyət göstərən Neft-Kimya Prosesləri İnstitutuna (NKPİ) xidmət edib. Bu istehsal sahəsi NKPİ-nin tətbiqi və sınaq işləri üçün nəzərdə tutulmuşdu. İlkin təcrübələr - sürtkü yağları, qatqılar, xüsusi maddələr, qurğular orada sınaqdan keçirildikdən və öz təsdiqini tapdıqdan sonra böyük həcmdə kütləvi istehsala ötürülürdü. AMEA-nın rəhbərliyi tərəfindən 2013-cü ildə TSZ-nin imkanlarından, potensialından digər institutların da istifadə etməsi barədə qərar qəbul olunub. Dəqiq elmlər sahəsinə aid institutlar da öz elmi-tədqiqat işlərinin nəticələrini, ixtiralarını, kəşflərini TSZ-də tətbiq edib sınaqdan keçirə bilərlər. Artıq zavodda 60-dan çox çeşiddə məhsul istehsal olunur. Bu məhsullar həm daxili bazar üçün, həm də xarici bazar üçün nəzərdə tutulub. Ötən il TSZ Keyfiyyətin Idarəetmə Sistemi standartları üzrə beynəlxalq İSO sertifikatına layiq görülüb. Zavodda istehsal olunan məhsullar beynəlxalq standartlara uyğundur. Bunlar əsasən sürtkü yağları, müxtəlif maddələr və qatqılardır. Qısa bir müddətdə dövlət müəssisələri və özəl şirkətlər tərəfindən sifarişlər verilib. Artıq yerli tələbat ödənilir. TSZ artıq öz brendi ilə tanınır, bazarda özünə yer tutub. Həm fərdi alıcılar, həm də dövlət müəssisələri tərəfindən etibar qazanıb. Hazırda istehsal genişlənməkdə davam edir, yeni istehsal sahələri yaradılır.

V.Babayev müharibə şəraitində olan ölkəmizin müdafiə qüdrətinin gücləndirilməsi üçün AMEA-da icra olunan layihələrin TSZ-nin ərazisində həyata keçirildiyini və artıq hazır məhsulların olduğunu bildirib. Vurğulanıb ki, TSZ-nin ərazisi YTP elan edildikdən sonra, növbəti mərhələdə TSZ YTP-nin rezidentlərindən biri olacaq. TSZ da digər sahibkarlıq subyektləri kimi bərabərhüquqlu müəssisə olaraq rezident şəhadətnaməsi almaqla fəaliyyətini davam etdirəcək. Bu isə hazırda qazanılan uğura böyük dəstək olacaq. Hazırda istehsal olunan məhsulların maya dəyəri aşağı düşəcək, “Made in Azerbaijan” brendi ilə yerli məhsullarımız xarici bazara çıxarılacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçirirlər YENİLƏNƏCƏK VİDEO

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib VİDEO

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək