SİYASƏT
Vüqar Gülməmmədov: Bəzi dövlət qurumlarının publik hüquqi şəxs olması onlar üçün əlavə gəlir mənbəyi deməkdir
Bakı, 30 noyabr, E.Camalov, AZƏRTAC
Bəzi dövlət qurumlarının publik hüquqi şəxs olması onlar üçün əlavə gəlir mənbəyi deməkdir.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Hesablama Palatasının sədi Vüqar Gülməmmədov noyabrın 30-da Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq, təbii ehtiyatlar, energetika və ekologiya, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, aqrar siyasət, ictimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında söyləyib.
O bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərmanı əsasında 9 publik hüquqi şəxs yaradılması təmin ediləcək. Bu isə həmin təşkilatların əlavə maliyyə mənbəyi, əlavə gəlir əldə etməsi, eyni zamanda, dövlət büdcəsinin yükünün azaldılması deməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2023 [11:03]
Azərbaycan parlamenti növbədənkənar sessiyasında 41 məsələni müzakirə edir
- 24.05.2023 [19:25]
İqtisadi Şuranın növbəti iclası olub
- 22.05.2023 [20:09]
Deputatlar Türkiyədə seçkilərə hazırlığın gedişi ilə tanış olacaqlar
- 22.03.2023 [20:20]