İDMAN
Vüqar Həşimov memorialının III turunun rəqibləri müəyyənləşib VİDEO
Şəmkir, 19 aprel, Samirə Allahverdiyeva, AZƏRTAC
Bu gün beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” turnirində III tur start götürəcək.
AZƏRTAC xəbər verir ki, turnirin ikinci günündə dünya çempionu Maqnus Karlsenə məğlub olan azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov (2756) bu turda fransalı Maksim Vaşye-Laqrav (2716) ilə üz-üzə gələcək. Təmsilçimiz ağ fiqurlarla oynayacaq.
Digər təmsilçimiz Rauf Məmmədov (2658) isə ağ fiqurlarla sabiq dünya çempionu rusiyalı qrossmeyster Vladimir Kramnik (2783) ilə mübarizə aparacaq.
Bu turda, həmçinin qarşılaşacaqlar: Uesli So (ABŞ, 2788) - Maykl Adams (Britaniya, 2746), Vişvanatan Anand (Hindistan, 2791) - Aniş Giri (Niderland, 2790), Fabiano Karuana (İtaliya, 2802) -Maqnus Karlsen (Norveç, 2863).
İki turdan sonra turnir cədvəli belədir: Maqnus Karlen, Vladimir Kramnik, Uesli So - 1,5, Vişvanatan Anand, Maksim Vaşye-Laqrav, Fabiano Karuana, Rauf Məmmədov - 1, Maykl Adams, Aniş Qiri, Şəhriyar Məmmədyarov – 0,5 xal.