İDMAN


Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turnirində ikinci tura yekun vurulub

Bakı, 25 iyul, Samirə Allahverdiyeva, AZƏRTAC

İyulun 25-də Bakıda Azərbaycanın məşhur şahmatçısı, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turnirində ikinci tura yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Vüqar Həşimov Akademiyasında keçirilən yarışda 8-10-12 yaşadək uşaqlar birincilik uğrunda mübarizə aparırlar.

İkinci turun görüşlərindən sonra 15 şahmatçının hesabında 2 xal var. Altı zəka sahibi hesabına 1,5 xal, 27 şahmatçı isə 1 xal yazdırıb.

Azərbaycan, Rusiya və Birləşmiş Ərəb Əmirliklərindən 74 şahmatçının iştirak etdiyi turnir İsveçrə sistemi üzrə 9 turdan ibarətdir. Avqustun 1-dək davam edəcək mübarizəyə Azərbaycan, dünya və Avropa birinciliklərinin mükafatçıları, beynəlxalq əmsalı 1700-dən yüksək olan şahmatçılar qoşulublar.

Beynəlxalq turnirin reytinq favoriti Azərbaycan şahmatçısı Xəzər Babazadədir, baş hakimi isə beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.