İDMAN


Vüqar Rəsulov Türkiyədə keçirilən beynəlxalq festivalın gümüş medalını qazanıb

Bakı, 19 iyun, AZƏRTAC

Türkiyənin Çeşmə şəhərində şahmat üzrə beynəlxalq festival başa çatıb. Azərbaycan nümayəndəsi Vüqar Rəsulov festivalın gümüş medalını qazanıb.

AZƏRTAC xəbər verir ki, “A” turnirində 9 mümkün xaldan 7 xal toplamış Ukrayna nümayəndəsi Andrey Sumets qalib gəlib. Vüqar Rəsulov, Yuri Solodovniçenko (Ukrayna), Gürcüstan nümayəndələri Konstantin Şanava və Qiqi Kuparadze, habelə rusiyalı Yevgeni Qleyzerovun da aktivində bu qədər xal var. Əlavə göstəricilər nəzərə alınmaqla gümüş medal Azərbaycan qrossmeysterinə, bürünc medal isə Ukrayna şahmatçısına təqdim edilib.

Azərbaycanın digər nümayəndələri: Ülvi Sadıqov (6,5 xal) 8-ci, Şəhriyar Rəhmanov (6 xal) 17-ci, hərəsinin aktivində 5,5 xal olan Nail Bəşirli və Bəhruz Rzayev, müvafiq surətdə, 24-cü və 28-ci yerləri tutublar. Cəmi 5 xal toplamış Azər Abdullayev isə 41-ci yerlə kifayətlənməli olub.

Turnirdə 10-dan çox ölkədən 128 şahmatçı, o cümlədən 14 qrossmeyster iştirak edirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.