Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Vüsal Kərimli: “Füzuli” meydanı ilə Nəriman Nərimanov prospektini birləşdirən yeni yolun salınması nəzərdə tutulur

Vüsal Kərimli: “Füzuli” meydanı ilə Nəriman Nərimanov prospektini birləşdirən yeni yolun salınması nəzərdə tutulur

Bakı, 5 avqust, Elvin Camalov, AZƏRTAC

Paytaxtın yol nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, sərnişin daşınma xidmətinin daha müasir tələblər səviyyəsində qurulması, eləcə də ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin mənzilbaşına rahat və təhlükəsiz gediş-gəlişinin təşkili məqsədilə ölkə başçısının tapşırığına əsasən lazımi tədbirlər davam etdirilir. Görülən işlərə baxmayaraq, paytaxtın bir sıra yerlərində, xüsusən də “Sovetski” adlanan ərazidəki küçə və prospektlərdə yol hərəkətinin təşkilində müəyyən çatışmazlıqlar var.

Yeni yaradılacaq yol-nəqliyyat infrastrukturu layihəsi ilə bağlı Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli AZƏRTAC-a eksklüziv müsahibə verib.

-“Sovetski” adlanan ərazidə təməli qoyulan yeni yol-nəqliyyat infrastrukturu ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən hansı işlər görüləcək?

- Görüləcək işlərlə bağlı məlumat verməzdən əvvəl bir məsələni xüsusi ilə vurğulamaq istərdim ki, “Sovetski” adlanan ərazidə ölkə başçısı tərəfindən avqustun 4-də təməli qoyulan yeni yol-nəqliyyat infrastrukturu paytaxtımızın müasir tarixində mühüm bir addımdır. Uzun illər şəhərin mərkəzində yerləşməsinə baxmayaraq, heç bir yenidənqurma işlərinin aparılmadığı bir ərazidə bu cür böyük bir layihənin icrasına başlamaq paytaxt sakinləri tərəfindən də yüksək dəyərləndirilir. Çünki “Sovetski” adlanan ərazinin boşaldılması, burada yeni yol-nəqliyyat infrastrukturunun salınması üçün hazır vəziyyətə gətirilməsi elə də asan məsələ deyildi. Və ən önəmlisi isə bu, Prezident İlham Əliyevin paytaxtımızın yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına verdiyi çox böyük və əvəzsiz bir töhfədir.

Onu da vurğulamaq lazımdır ki, ölkə başçısının xüsusi tapşırığına əsasən, yeni salınacaq bu yol da daxil olmaqla artıq paytaxtın inzibati ərazisində inşa edilən bütün avtomagistrallar, nəqliyyat qovşaqları və şəhər daxili yollar salınarkən ilk olaraq onunla bağlı dəqiq hesablamalar aparılır. Layihənin elmi əsaslandırılması hazırlanır. Yollarda nəqliyyat axınının həcmi, yolda təhlükəsizliyin təmini, yolun rahatlığı və digər vacib məqamlar mütləq qaydada nəzərə alınır. Paytaxtın yol-nəqliyyat infrastrukturundakı bütün çatışmazlıqların əsas səbəbi bu günə qədər əsaslandırılmış elmi təhlillərin aparılmaması idi.

Nəriman Nərimanov prospektində hər iki istiqamət üzrə bir hərəkət zolağının yerləşməsi və yolun yararsız vəziyyətdə olması, Nəriman Nərimanov heykəli ətrafında yerləşən geriyə dönmənin yoxuşda yerləşməsinin nəqliyyat vasitələrinin hərəkəti üçün xüsusən qış vaxtlarında çətinlik yaratması, “Statistika” və “Sovetski” ərazisindəki dairələrin ölçüsünün kiçik olması, Abdulla Şaiq küçəsinin texniki vəziyyətinin yararsız və hərəkət hissəsinin ensiz olması və bir sıra digər problemlər yol nəqliyyat hadisələrinin baş verməsinə, nəqliyyatda ləngimələrin yaranmasına səbəb olur və yol hərəkətinin səmərəli və təhlükəsiz şəkildə təşkil edilməsinə imkan vermirdi.

Mövcud vəziyyət ərazidən keçən sərnişin avtobusları üçün də müəyyən çətinliklər yaradırdı. Eyni zamanda, qeyd edilən ərazidəki küçələr boyunca nəqliyyat vasitələrinin hərəkətində sıxlıq olurdu. Bu sıxlıq isə ləngimələrə, sərnişinlərin mənzil başına gec çatmalarına, sərnişin avtobuslarının nizamlı və qrafiklə təyin olunmuş hərəkət intervalına mənfi təsir göstərirdi. Bütün bu hallar isə öz növbəsində ümumilikdə sərnişindaşıma xidmətinin keyfiyyətinin və səmərəliliyinin azalmasına səbəb olurdu.

Nəqliyyat vasitələrinin say göstəricilərinin statistikasına nəzər salsaq görərik ki, Cəfər Cabbarlı küçəsindən cənub istiqamətində gündəlik orta hesabla 27 min 672, o cümlədən pik saatlarda isə 4 min 520 təşkil edir. Müvafiq olaraq, Zivərbəy Əhmədbəyov küçəsindən şimal istiqamətində gündəlik orta hesabla 32 min 155, o cümlədən pik saatlarda 5 min 940, Şıxəli Qurbanov küçəsindən cənub istiqamətində 36 min 331 (pik saatlarda 6 min 266), şimal istiqamətində 34 min 65 (pik saatlarda 5 min 982), Azərbaycan prospektindən şimal istiqamətində 32 min 248 (pik saatlarda 6 min 256), Nəriman Nərimanov prospektindən cənub istiqamətində 15 min 754 (pik saatlarda 2 min 866), şimal istiqamətində 14 min 778 (pik saatlarda 2 min 808) avtonəqliyyat vasitəsi təşkil edir. Həmçinin İnşaatçılar prospektindən (Əbdülrəhim bəy Haqverdiyev küçəsi-Statistika dairəsi) şimal istiqamətində 33 min 915 (pik saatlarda 4 min 959), İnşaatçılar prospektindən (Statistika dairəsi-Əbdülrəhim bəy Haqverdiyev küçəsi) cənub istiqamətində 26 min 887 (pik saatlarda 4 min 815), İnşaatçılar prospektindən (Statistika dairəsi-Abbasqulu ağa Bakıxanov küçəsi) şimal istiqamətində 40 min 522 (pik saatlarda 6 min 750), İnşaatçılar prospektindən (Abbasqulu ağa Bakıxanov küçəsi-Statistika dairəsi) cənub istiqamətində 27 min 418 (pik saatlarda 4 min 630), Məhəmməd Füzuli küçəsindən qərb istiqamətində 33 min 20 (pik saatlarda 6 min 74), Şəmsi Bədəlbəyli küçəsindən şərq istiqamətində 35 min 244 (pik saatlarda 6 min 318) avtonəqliyyat vasitəsi təşkil edir.

“Sovetski” adlanan ərazidə aparılan yenidənqurma və abadlaşdırılma işlərinə gəlincə bildirmək istərdim ki, layihə çərçivəsində Nəriman Nərimanov prospekti, Abdulla Şaiq, Balababa Məcidov, Mirzəağa Əliyev küçələrinin əsaslı təmiri və “Füzuli” meydanı ilə Nəriman Nərimanov prospektini birləşdirən yeni yolun salınması nəzərdə tutulur. Yolun Nəriman Nərimanovun heykəlindən Parlament prospektinə qədər, Həsən Seyidbəyli küçəsindən Süleyman Tağızadə küçəsinədək olan hissələrində 35 min kvadratmetr asfalt beton örtüyü əsaslı təmir edilib. Görülən işlər bu ərazidə nəqliyyatın sıxlığının aradan qaldırılması baxımından olduqca əhəmiyyətlidir. Gələcəkdə nəqliyyat vasitələrinin sərbəst və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədi ilə yeni salınacaq yolda birtərəfli hərəkətin təşkili həyata keçiriləcək. Bundan əlavə, “Statistika” dairəsində yaranan nəqliyyat sıxlığının aradan qaldırılması məqsədilə İnşaatçılar prospektindən hərəkətin ancaq sağa təşkil edilərək nəqliyyat vasitələrinin Nəriman Nərimanov prospekti ilə hərəkət etməklə Abdulla Şaiq küçəsi vasitəsilə dairəyə daxil olması təmin ediləcək.

Layihə çərçivəsində Azərbaycan prospektində İstiqlaliyyət küçəsi istiqamətində və Zivərbəy Əhmədbəyov küçəsində avtobuslar üçün xüsusi hərəkət zolağının, Mirzəağa Əliyev küçəsində yeraltı piyada keçidinin, nəqliyyat vasitələrinin hərəkətinin keçiriciliyinin təmin edilməsi məqsədi ilə, müvafiq ərazilərdə geriyədönmənin təşkili nəzərdə tutulur.

- Yeni yol-nəqliyyat infrastrukturu layihəsinin icrası yol hərəkətinin təşkili və müntəzəm sərnişindaşınmasına hansı təsirlər göstərəcək?

- Layihənin icrasından sonra biz bu ərazidə yeni, eyni zamanda, müasir şəhər infrastrukturuna tam uyğunlaşmış bir mənzərənin şahidi olacağıq və bunun da yol hərəkətinin təşkili və müntəzəm sərnişindaşınmasına bir sıra müsbət təsirləri olacaqdır. İlk növbədə, “Sovetski” adlanan ərazidə dairənin ləğv edilməsi planlaşdırılır. Bu bizə imkan verəcək ki, hərəkətin fasiləsizliyini təmin edib, Azərbaycan prospekti, Cəfər Cabbarlı, Şıxəli Qurbanov və Zivərbəy Əhmədbəyov küçələrində nəqliyyat sıxlığını aradan qaldıraq. Dairədə nəqliyyat vasitələrinin hərəkətində yaranmış konflikt nöqtələrinin aradan qaldırılması ilə yol nəqliyyat hadisələrinin azalmasına nail olacağıq. Azərbaycan prospektindən Zivərbəy Əhmədbəyov küçəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələri üçün Heydər Əliyev Sarayının arxa hissəsində geriyə dönmənin təşkil edilməsi mümkün olacaq.

Bundan əlavə, “Statistika” dairəsini optimallaşdırmaqla, yəni dairənin genişləndirilməsi ilə nəqliyyat vasitələrinin buraxma qabiliyyətinin artırılmasına və sıxlığın aradan qaldırılmasına nail olacağıq. Həmçinin İnşaatçılar prospektindən dairəyə birbaşa girişi məhdudlaşdıraraq yol hərəkəti fasiləsizliyi və təhlükəsizliyi təmin ediləcək.

Balababa Məcidov, Abdulla Şaiq və Mirzəağa Əliyev küçələrinin əsaslı təmir olunması və yeni yolun salınması Nəriman Nərimanov, Tbilisi, İnşaatçılar prospektləri, Cəfər Cabbarlı, Zivərbəy Əhmədbəyov və Şixəli Qurbanov küçələrində nəqliyyat sıxlığının və tıxac hallarının azalmasına səbəb olacaq. Azərbaycan prospekti və Şixəli Qurbanov küçəsində avtobuslar və operativ nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolağının təşkil edilməsi avtobusların hərəkətində ləngimələrin aradan qalxmasına, eyni zamanda, Zərgərpalan və paralel küçələrdə intensivliyin artmasına səbəb olacaq.

Ölkə başçısının tapşırığına əsasən, paytaxt Bakının yol infrastrukturunun daha da müasirləşdirilməsi məsələsinə xüsusi diqqət yetirilməsi mövcud avtomobil yollarının əsaslı təmiri və ya yenidən qurulması, yeni yol qovşaqlarının yaradılması ümumilikdə ölkəmizin sosial-iqtisadi inkişafına mühüm töhfələr verir. Yeni infrastrukturla əlaqədar görüləcək işlər ilk növbədə, vətəndaşların sosial vəziyyətinin daha da yüksəldilməsi işinə xidmət edən layihələrdir. Beləliklə, “Sovetski” adlanan ərazidəki yeni yol-nəqliyyat infrastrukturunun istifadəyə verilməsi, həm avtomobillərin, həm də piyadaların hərəkətini rahat və təhlükəsiz edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Rusiyanı Çində müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik