Vyana yaxınlığında qatar toqquşmasında 28 nəfər xəsarət alıb
Vyana, 22 dekabr, AZƏRTAC
Dekabrın 22-də axşam saatlarında Avstriyanın Kritzendorf yaşayış məntəqəsində iki sərnişin qatarı toqquşub. İlkin məlumatlara görə, qəza nəticəsində 28 sərnişin müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Elektrik qatarının sərnişin qatarı ilə toqquşması zamanı iki vaqon relsdən çıxaraq aşıb, bir vaqon isə maili vəziyyətdə relslərin üzərinə əyilib. Aşan vaqonlardakı sərnişinlərin təxliyəsindən sonra əraziyə cəlb edilən iki təcili yardım vertolyotu və həmçinin çoxlu sayda təcili yardım maşını yaralıları yaxın ərazilərdəki xəstəxanalara çatdırıb.
Paytaxt Vyanadan 20 kilometr şimalda baş verən qəza nəticəsində həmin istiqamətdəki dəmir yolu xətti bağlanılıb, qatarların yerinə əvəzedici xidmət üçün avtobuslar xəttə buraxılıb. Baş vermiş qəzanın səbəbləri araşdırılır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.09.2026 [21:52]
Avropa Komissiyasının Prezidenti Qrenlandiyaya səfər edib
- 06.09.2026 [21:27]
Çex arxeoloqları Qazaxıstanda sovet repressiyalarının izlərini araşdırırlar
- 06.09.2026 [15:50]
Kiyevdə ABŞ Prezidentinin xüsusi nümayəndələri ilə danışıqlar aparılır VİDEO
- 06.09.2026 [13:45]
Almaniyanın Saksoniya-Anhalt əyalətində parlament seçkiləri keçirilir
- 06.09.2026 [13:13]
Macarıstan istifadəsiz sənaye ərazilərini yaşayış məhəllələrinə çevirir
- 06.09.2026 [08:58]
Solomon adalarında 5,8 bal gücündə zəlzələ olub
- 06.09.2026 [08:10]
İsrail Livanın cənubunu yenidən bombalayıb
- 06.09.2026 [07:52]
Media: İran Hörmüz boğazında ABŞ-yə məxsus pilotsuz aparatı vurub
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Şuşanın daş yaddaşına toxunmayaq
- [10:34]
Pentaqon rəhbəri İranı hədələyib
- [03:53]
Bundesliqa: “Bavariya” səfərdə xal itirib
- 05.09.2026 [23:42]
Rəssam: Təbii mənzərəyə yad müdaxilə yolverilməzdir
- 05.09.2026 [23:34]
Rusiya Prezidenti: Əmrimlə Kiyevə zərbələr dayandırılıb
- 05.09.2026 [23:15]
İstanbul derbisi: "Fənərbağça" öz meydanında "Beşiktaş"a uduzub
- 05.09.2026 [23:02]
Siyasi şərhçi: Mədəni irsin qorunması üçün ictimai məsuliyyət vacibdir
- 05.09.2026 [22:57]
"Neftçi" öz meydanında "Şəfa"ya böyük hesabla qalib gəlib
- 05.09.2026 [22:36]
Kinşasada toy mərasimində yanğın baş verib: 22 nəfər həlak olub
- 05.09.2026 [22:21]
Ramil İskəndərli: Tarixdə iz qoymaq istəyiriksə, tarixi qoruyaq
- 05.09.2026 [21:50]