Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Vyanada “Əli və Nino” romanının ilk nəşrinin 80 illik yubileyi qeyd edilib VİDEO

Vyana, 25 aprel, AZƏRTAC

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində “Əli və Nino” romanının ilk nəşrinin 80 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova bildirib ki, bu romanın müəllifliyi ilə bağlı ədəbi dairələrdə fikir ayrılığı mövcud olmasına və geniş müzakirələrin aparılmasına baxmayaraq, bu əsər XX əsrin əvvəlində Azərbaycanda baş verən hadisələrə, milli-etnik münasibətlərə, ilk növbədə isə tolerant mühitə yaxından nəzər salmaq imkanı verir. İlk dəfə 1937-ci ildə Vyanada Qurban Səid təxəllüsü ilə nəşr olunan roman qısa müddətdə almandilli məkanda və eləcə də bir sıra Avropa ölkələrində bestsellere çevrilib, 30-dan artıq dilə tərcümə olunub.

L.Qasımova qeyd edib ki, romanda cərəyan edən hadisələr, əsərdəki tarixi kontekst, müəllifin kimliyi barədə ziddiyyətlər yubiley ilində “Əli və Nino” mövzusunu yenidən aktuallaşdırıb. Həmçinin bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbərliyi və icraçı direktorluğu və “BAFTA” mükafatı sahibi Asif Kapadianın rejissorluğu ilə ekranlaşdırılan “Əli və Nino” bədii filmi də bu əsərə olan marağı daha da artırıb.

Tədbirin moderatoru, tanınmış tədqiqatçı və şərqşünas Fuad Axundov qeyd edib ki, Azərbaycan və Avstriya arasında bir sıra oxşarlıqlar və ortaq cəhətlər mövcuddur. Onlardan biri də “Əli və Nino” romanıdır. İlk dəfə Vyanada işıq üzü görən əsər təkcə sevgi hekayəsi olmaqla kifayətlənmir, burada iki sivilizasiya, iki qitə, iki fərqli din və iki fərqli xarakterin mükəmməl təsviri öz əksini tapır.

Vyana Universitetində “Müasir Avropa, yoxsa geridə qalmış Asiya. Məhəmməd Əsəd Bəyin əsərlərində Şərq və Qərb” mövzusunda dissertasiya müdafiə etmiş Yaqut Abdalla öz məruzəsində “Əli və Nino” əsərinə aparan yol barədə çıxış edib. Bu romanı Qurban Səid təxəllüsü altında nəşr etdirən Məhəmməd Əsəd bəy (əsl adı Lev Nussembaum) və Elfride fon Ehrenfels-Bodmershofun ədəbi əməkdaşlığına nəzər salan məruzəçi, həmçinin Məhəmməd Əsəd bəyin Bakıdakı uşaqlıq dövrü, Almaniyadakı həyatı (1921-1932) və xüsusilə ədəbi fəaliyyətinin zirvəsini təşkil edən Vyana dövrü (1932-1938) haqqında ətraflı məlumat verib. Bildirilib ki, Vyanadakı ədəbi mühitlə yaxından tanış olan və ədəbi əlaqələr quran yazıçı burada on kitabını nəşr etdirib. Onu yazıçı kimi dünyaya tanıdan “Əli və Nino” və “Körfəzli qız” romanları da bu şəhərdə ilk dəfə işıq üzü görüb.

Almaniyada fəaliyyət göstərən “Hans-Yürgen Maurer” nəşriyyat evinin sahibi Hans-Yürgen Maurer isə öz məruzəsində “Əli və Nino” romanının nəşr və tərcümə tarixindən bəhs edib. O bildirib ki, 1937-ci ildə ilk nəşrindən sonra qısa müddət ərzində bu sevgi romanı Avropada populyarlıq qazanıb, 70-ci illərdə isə Amerika oxucuları bu əsərlə tanış olduqdan sonra əsər bir növ yenidən kəşf olunub. Romana marağın yenidən artması isə Azərbaycanın müstəqilliyə qovuşduğu 90-cı illərə təsadüf edir. İndiyədək 37 dilə tərcümə edilmiş roman 6 dilə iki dəfə, 2 dilə (Azərbaycan və türk) üç dəfə və bir dilə (holland) isə 4 dəfə fərqli tərcüməçilərin təqdimatında çevrilib. Əsərin ümumilikdə 60 fərqli tərcümə variantları mövcuddur. Azərbaycan dilinə isə əsər ilk dəfə 1972-ci ildə ixtisarla Məcid Musazadə tərəfindən çevrilib və o vaxt Almaniyanın Münxen şəhərində fəaliyyət göstərən “Azadlıq radiosu” vasitəsilə il yarım ərzində hissə-hissə dinləyicilər üçün səsləndirilib.

Sonra tədbir iştirakçılarına “Bakı: Əli və Ninonun şəhəri” adlı sənədli film təqdim olunub. Britaniyalı prodüser Teresa Çefrasın ekranlaşdırdığı sənədli film Avstriyada ilk dəfə nümayiş olunub. Sənədli filmdə “Əli və Nino” romanındakı tarixi dövr, real hadisələr, Azərbaycan və regionda cərəyan edən proseslər, tarixi şəxsiyyətlərə geniş yer ayrılıb.

Azərbaycan Mədəniyyət Mərkəzinin zalında mövzuya uyğun olaraq Fuad Axundovun təqdimatında “Əli və Nino” romanında təsvir olunmuş hadisə, şəxs və yerləri əks etdirən tarixi fotolardan ibarət sərgi nümayiş etdirilib. Sərgidə fotolar romandakı tarixi məkanlar, hadisələr, həmin dövrün Bakısı, Bakıdakı təhsil ocaqları, tarixi hadisələr, regionlar, tarixi şəxsiyyətlər olmaqla bir neçə guşə ayrılıb və fotoların bir çoxunun izahı üçün əsərdən götürülmüş iqtibaslardan istifadə olunub.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Vyanada “Əli və Nino” romanının ilk nəşrinin 80 illik yubileyi qeyd edilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

® “Xonça” məhsullarının qida təhlükəsizliyi tələblərinə uyğunluğu təsdiqlənib

Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Şəki teatrı Novruz bayramı günlərində uşaqları yeni tamaşa ilə sevindirir

Keniyada yol qəzası nəticəsində azı 11 tələbə həlak olub

Türkiyənin zəlzələ bölgəsində inşası tamamlanan mənzillər sahiblərinə təqdim ediləcək

Pedaqoji Universitetdə Çanaqqala zəfərinin ildönümü qeyd olunub

Bakı Mühəndislik Universitetində Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıq imkanları müzakirə edilib

Yaponiya Mərkəzi Bankı 17 ildən sonra mənfi faiz siyasətini dayandırır

"Qədim Şabran" abidəsində Novruz şənliyi

“Qəbələ” İdman Klubu MMA döyüşçüsü ilə müqavilə imzalayıb

Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq

Mingəçevir Dövlət Universitetində Novruz şənliyi keçirilib

NATO-nun Baş katibinin regiona səfərinin Azərbaycandan başlaması ölkəmizin Alyans üçün önəmini nümayiş etdirir - ŞƏRH

“Azərişıq” gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Yüksək Texnologiyalar Parkının istismar proqramı - seminar

Taksi sürücülərinə ödəniş müqabilində şəhadətnamələrin verilməsinə aydınlıq gətirilib

UNEC-də Nobel Sülh mükafatçısı Məhəmməd Yunus adına mərkəzin açılışı olub

İki audiovizual media subyektinə müvafiq lisenziyalar verilib

Nəsimi rayonunda yerləşən banklardan birindən oğurluq edilməsinin qarşısı mühafizə polisi tərəfindən alınıb VİDEO

Malmödə ABBA-nın “Eurovision”da qələbəsinin 50 illiyinə həsr olunmuş sərgi açılacaq

Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində qaçaqmalçılıqla məşğul olan Lənkəran sakini saxlanılıb

Naxçıvanda ağır yol qəzasında 3 nəfər ölüb

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi NATO-nun ölkəmizə diqqətini artırır - RƏY

Londonda Benksinin növbəti monumental boyakarlıq nümunəsi meydana çıxıb

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Məktəblilər Gənclər Kitabxanasının qonağı olublar

® “PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılır

“İçərişəhər” Qoruq İdarəsində Novruz bayramı münasibətilə tədbir keçirilib

Dünyada təhlükəsiziyin təmin edilməsində Azərbaycan-NATO əməkdaşlığının rolu ŞƏRH

“Atatürk dövründə İran-Türkiyə münasibətləri” – seminar

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına başlanılır

“Zirə”nin iki futbolçusu yığma komandalara dəvət alıb

AİBNDX: Malların mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsinin fasiləsizliyi bayram günlərində təmin ediləcək

FHN Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq

Bu il Şri-Lankaya 500 mindən çox turist gəlib

Cari ilin iki ayı ərzində Azərbaycanda istehsal edilən elektrik enerjisinin miqdarı açıqlanıb

Fransalı tennisçi oyun zamanı huşunu itirib

Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb

Novruz bayramının ilk günündə paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq

Tramp prezident seçiləcəyi təqdirdə şahzadə Harrini ABŞ-dan qovacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Novruz gəlir, yaz gəlir” – AzMİU kollektivi İlaxır çərşənbədə tonqal ətrafında bir araya gəldi

BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib

“Azəriqaz” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

Media: İsrail və HƏMAS Doha danışıqlarında kompromisə hazırdır

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

“İnter”in futbolçusu irqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib