MƏDƏNİYYƏT


Vyanada Əməkdar Artist Bəhram Bağırzadənin əsərlərindən ibarət sərgi açılıb

A+ A

Vyana, 9 noyabr, AZƏRTAC

Vyanada Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvü, Əməkdar Artist Bəhram Bağırzadənin əsərlərindən ibarət sərgi açılıb.

Sərginin açılışında Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov və Vyana Beynəlxalq Mərkəzi İncəsənət Klubunun prezidenti Raymond Nader çıxış ediblər. Qeyd olunub ki, Vyana Beynəlxalq Mərkəzində mütəmadi şəkildə müxtəlif incəsənət janrlarında sərgi və tədbirlər keçirilsə də, indiyədək karikatura sərgisi təşkil edilməyib. B.Bağırzadənin karikaturalarından ibarət sərgi bu qəbildən olan ilk tədbirdir. Çıxış edənlər sərginin ərsəyə gəlməsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin aparıcı əməkdaşı Bəxtiyar Siracova göstərdiyi dəstəyə görə təşəkkür ediblər.

Sərgidə Bəhram Bağırzadənin müəllifi olduğu karikaturalarla yanaşı, onun digər iki layihəsində əksini tapan fotolar nümayiş etdirilib. Bəhram Bağırzadə qonaqlara sərgi haqqında məlumat verərkən bildirib ki, onun qələmə aldığı “Bakı dünən və bu gün” kitabında toplanan fotolarda şəhərin bir əsr bundan əvvəlki görüntüləri müasir mənzərələrlə müqayisəli şəkildə təqdim olunur. Digər layihədə isə 2003-2015-ci illərdə Azərbaycan paytaxtında inşa edilmiş memarlıq abidələrinin bir qismi əksini tapıb. Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə Bakıda ucaldılan müxtəlif memarlıq obyektlərini fotoaparatın yaddaşına köçürən müəllif tədbir iştirakçılarını Azərbaycanın paytaxtı ilə yaxından tanış olmaq üçün Bakıya səfərə dəvət edib.

Sərgi Vyana Beynəlxalq Mərkəzində noyabrın 18-dək davam edəcək.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.