DÜNYA


Vyanada qaçqın probleminə həsr olunan zirvə toplantısı keçiriləcək

A+ A

Vyana, 14 sentyabr, AZƏRTAC

Avstriyanın federal kansleri Kristian Kern sentyabrın 24-də Vyanada Avropada uzun müddətdir mövcud olan qaçqın probleminə həsr edilən zirvə toplantısının keçiriləcəyini bildirib. Toplantıda qaçqın problemindən əziyyət çəkən on ölkənin (Sloveniya, Yunanıstan, Xorvatiya, Serbiya, Albaniya, Macarıstan, Bolqarıstan, Rumıniya, Makedoniya və Almaniya) hökumət rəhbərləri iştirak edəcəklər.

K.Kern bildirib ki, Avropa İttifaqına üzv ölkələr milli sərhədlərini bağlamaqla, Avropa daxilində sərbəst hərəkətə zərbə vurmuş olurlar. Buna görə də toplantıda əsas məsələ Avropa İttifaqının xarici sərhədlərinin daha yaxşı qorunması üçün mövcud imkanları gücləndirmək olacaq.

Toplantıda Almaniyanın federal kansleri Angela Merkelin də iştirak edəcəyi təsdiqlənib.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.