SİYASƏT
Vyanada ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
Vyana, 14 dekabr, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar Vyanada anım mərasimi keçirilib.
Avstriya-Türk Federasiyasının binasında keçirilən tədbirdə ölkəmizin səfirliyinin əməkdaşları, Azərbaycan və Türkiyə icmasının nümayəndələri iştirak ediblər.
Azərbaycanın Avstriyadakı səfirliyinin və Federasiyanın əməkdaşları çıxışlarında müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin həyat yolundan, xalq və Vətən qarşısındakı misilsiz xidmətlərindən danışıblar. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev təkcə Azərbaycanın deyil, eləcə də türk dünyasının önəmli siyasətçilərindən olub. “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq, dahi rəhbərin Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsi üçün göstərdiyi fəaliyyət məmnunluqla qeyd edilib.
Sonra ulu öndər Heydər Əliyevin ruhuna dualar oxunub, ehsan verilib.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana