İDMAN


Vyananın “Qarabağ” klubu Orxan Qocayev ilə müqavilə imzalayıb

A+ A

Bakı, 12 avqust, AZƏRTAC 

Vyananın “Qarabağ” futbol klubu yeni mövsümə hazırlığı davam etdirir. Stadtliganın başlanmasına 10 gün qaldığı müddətdə “Qarabağ” baxışa yeni futbolçular dəvət edib.

AZƏRTAC xəbər verir ki, heyətini gəncləşdirmək barədə düşünən Vyana komandası artıq ilk transferini rəsmiləşdirib. Klub baxışda olan azərbaycanlı Orxan Qocayev ilə müqavilə imzalayıb. Gənc futbolçunun əsas heyətlə məşqlərdə iştirak etməsinə baxmayaraq yeni mövsümdə ilk 5 həftə “B” komandasında meydana çıxacaq.

Qeyd edək ki, azərbaycanlıların yaratdığı “Qarabağ” futbol klubu Avstriyanın II Landesliqasında çempion olub. Klub Azərbaycan və Avstriya arasında dostluq münasibətlərini möhkəmləndirmək məqsədi ilə yaradılıb. Vyana klubunun idarə heyəti 4 Azərbaycan və 2 Avstriya vətəndaşından ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.