Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Vyetnam Sosialist Respublikasının Prezidenti Zati-aliləri cənab Çıonq Tan Şanqa

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Vyetnam arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin bu gün də müvəffəqiyyətlə davam etməsi məmnunluq doğurur. İnanıram ki, qarşılıqlı səylərimiz, mütəmadi siyasi təmaslarımız əlaqələrimizin daim genişlənməsinə və ikitərəfli münasibətlərimizin inkişafına bundan sonra da mühüm töhfə verəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Vyetnam xalqına daim sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 31 avqust 2015-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin