DÜNYA


Vyetnamda daşqınlar: 7 nəfər həlak olub, 27 nəfər itkin düşüb

Bakı, 3 avqust, AZƏRTAC

Vyetnamın şimalında daşqınlar nəticəsində azı 7 nəfər həlak olub, 27 nəfər isə itkin düşüb.

AZƏRTAC Associated Press informasiya agentliyinə istinadla xəbər verir ki, daşqınlardan ən çox Yenbay əyaləti zərər çəkib. Burada təbii fəlakət iki nəfərin həyatına son qoyub. Hökumət regionda itkin düşən 13 nəfərin axtarışına təcili xidmət orqanlarının 900 əməkdaşını cəlb edib.

Daşqınlar, həmçinin Şonla və Laytyau əyalətlərinə də xeyli zərər vurub.

Xilasetmə işlərinin aparıldığı ərazidə hökumət nümayəndə heyətinə başçılıq edən baş nazirinin müavini Çin Din Zunq təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə əməliyyata rəhbərliyi öz üzərinə götürüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.