DÜNYA


Vyetnamda helikopter qəzaya uğrayıb, həlak olanlar var

A+ A

Bakı, 19 oktyabr, AZƏRTAC

Vyetnamın cənubunda təlim helikopterinin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, insident Baria-Vunqtau əyalətinin Din dağı rayonunda, Xoşemin şəhərindən 90 kilometr cənub-şərqdə baş verib. Hadisə zamanı helikopterdə olan iki pilot və təlimçi həyatını itirib.

Hadisənin baş verdiyi ərazidə aparılan axtarış-xilasetmə əməliyyatlarına təxminən 400 nəfər cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.