SİYASƏT


“WAM” agentliyi: Azərbaycan Dünya Xəbər Agentliklərinin V Konqresini qəbul edir

A+ A

Əbu-Dabi, 15 noyabr, AZƏRTAC

Noyabrın 16-18-də Bakıda Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Dünya Xəbər Agentliklərinin V Konqresi, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclası keçiriləcək. Bu barədə xəbər Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) “WAM” Dövlət İnformasiya Agentliyi tərəfindən yayılıb.

Agentlik bildirir ki, dünyanın aparıcı informasiya agentliklərinin rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə keçiriləcək Konqresdə BƏƏ-ni “WAM” agentliyinin icraçı direktoru Məhəmməd Cəlal Əl-Risi təmsil edəcək.

Daha sonra agentlik AZƏRTAC-ın Baş direktoru Aslan Aslanovun bəyanatından sitatlar gətirir. Baş direktora istinadla xəbər verir ki, AZƏRTAC 2016-2019-cu illərdə Dünya Xəbər Agentlikləri Konqresinə, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına (OANA) sədrlik edəcək. “İnformasiya agentlikləri üçün yeni çağırışlar” devizi altında keçiriləcək V Dünya Konqresinin sessiyalarında “Xəbər istehlakının gələcəyi”, “Xəbər agentlikləri - yeni texnologiyaların və sosial medianın çağırışları və imkanları”, “Xəbər agentliklərinin innovasiyası” kimi aktual mövzularda diskussiyalar aparılacaq. Müzakirələr qlobal informasiya siyasətinin əsas istiqamətlərinin müəyyən edilməsinə istiqamətlənəcək.

“WAM” qeyd edir ki, Dünya Xəbər Agentliklərinin birinci Konqresi Rusiyanın TASS agentliyinin təşəbbüsü ilə 2004-cü il sentyabrın 24-25-də Moskvada keçirilib. Xəbər agentliklərinin növbəti konqreslərinə İspaniya, Argentina və Səudiyyə Ərəbistanı ev sahibliyi edib.

http://www.wam.ae/ar/news/general/1395303167987.html

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.