DÜNYA
“Walmart” e-ticarət şirkəti “Jet.com”u 3,3 milyard dollara alacaq
Bakı, 9 avqust, Nihad Budaqov, AZƏRTAC
ABŞ-ın hipermarketlər şəbəkəsi olan “Walmart” e-ticarət şirkəti “Jet.com”u 3,3 milyard dollara satın almaq barədə razılığa gəlib.
AZƏRTAC xəbər verir ki, “Walmart”dan edilən şərhdə hər iki şirkətin rəhbər qurumlarının təsdiqlədiyi razılaşma çərçivəsində “Walmart” “Jet.com”a 3 milyard dollar nağd pul və 300 milyon dollar dəyərində səhm verəcək.
Analitiklər bu alğı-satqı müqaviləsini “Walmart”ın e-ticarət nəhəngi “Amazon”un internet və mobil tətbiqlərlə reallaşdırdığı satış həcminə çatmaq və bazarda daha rəqabətli ola bilmək üçün mühüm addım kimi qiymətləndirirlər.
“Walmart” keçən il 428 milyard dollar gəlir əldə edib. Bunun 14 milyard dollarlıq hissəsi internet və mobil tətbiqlərdən edilən satışlardan gəlib. E-ticarət nəhəngi “Amazon”un keçənilki gəliri isə 107 milyard dollar olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]