MƏDƏNİYYƏT


“Walt Disney” musiqiləri Heydər Əliyev Sarayında təqdim olunub

A+ A

Bakı, 24 sentyabr, Flora Şükürova, AZƏRTAC

Sentyabrın 24-də Heydər Əliyev Sarayında “Baku Sinfonietta” orkestrinin iştirakı ilə “Broadway Night Show” adlı konsert proqramı təşkil olunub.

AZƏRTAC xəbər verir ki, konsertdə tamaşaçılara sevilən “Walt Disney” musiqiləri təqdim olunub.

Konsertdə, həmçinin maraqlı və baxımlı olan, rəngarəng süjet xətti ilə seçilən “Aslan Kral” (The Lion King), “Cəngəlliklər kitabı” (The Jungle Book), “Gözəl və bədheybət” (Beauty and the Beast), “Ələddin” (Aladdin), “Su Pərisi”(The Little Mermaid), “Mulan” (Mulan), “Pinokkio” (Pinocchio), “Anastasiya” (Anastasia) və digər ən məşhur “Walt Disney” cizgi filmlərindən kompozisiyalar səsləndirilib.

“Baku Sinfonietta” orkestrinə dirijor, beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadə rəhbərlik edib.

Konsert çərçivəsində “O səs Türkiyə” müsabiqəsinin qalibi Elnur Hüseynov və “Səs Azərbaycan” müsabiqəsinin iştirakçısı Nərmin Kərimbəyova biri-birindən maraqlı və möhtəşəm musiqi nömrələri səsləndiriblər.

Qeyd edək ki, konsertin informasiya dəstəyi AZƏRTAC və 1News.az-a məxsusdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.