ELM VƏ TƏHSİL


“Web of Science” platformasında Azərbaycan Milli Elmlər Akademiyasının profili yaradılıb

Bakı, 22 may, AZƏRTAC

“Web of Science” platformasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) üçün xüsusi profilin yaradılması prosesinin birinci mərhələsi uğurla başa çatıb.

Akademiyadan AZƏRTAC-a bildiriblər ki, platformanın əsas axtarış səhifəsində təşkilatlarla bağlı axtarış sətrində “Azerbaijan National Academy of Sciences” yazmaqla AMEA-nın profilinə keçid almaq olar.

Növbəti mərhələdə isə AMEA-nın elmi müəssisələrinin profilləri yaradılacaq.

“Web of Science” platformasında qeydiyyat tam başa çatdıqdan sonra “İnCites” platformasına məlumatların ötürülməsi prosesi başlayacaq və bu proses cari ilin sonunda başa çatacaq.

Vahid profilin olması alimlərin elmi əsərləri, bu əsərlərə istinadlar, bütövlükdə AMEA-nın elmi göstəriciləri haqqında məlumatların əlçatanlığını təmin edəcək. Eyni zamanda, elmi əsərlərin dərc olunduğu jurnalları, müxtəlif elm sahələri üzrə xarici ölkə alimlərini izləməyə imkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.