DÜNYA


“WhatsApp” istifadəçiləri messencer üzərindən pul göndərə və qəbul edə biləcəklər

Bakı, 11 avqust, AZƏRTAC

“WhatsApp” istifadəçiləri messencer üzərindən pul göndərə və qəbul edə biləcəklər.

AZƏRTAC macdigger.ru saytına istinadən bildirir ki, sözügedən funksiya “WhatsApp” messencerinin “Android” üçün son beta-versiyasında aşkar edilib. Bundan əvvəl messencerin həmtəsisçisi bildirmişdi ki, şirkət ödəmə xidmətlərinin “WhatsApp” messencerinə inteqrasiya imkanını nəzərdən keçirir.

Tezliklə əlavə ediləcək “Payments” funksiyası istifadəçilərə birbaşa messencerdə pul göndərməyə və qəbul etməyə imkan verəcək. Köçürmələr banklararası ödəmə sistemi olan “UPI” vasitəsilə həyata keçiriləcək. Yeni funksiyanın hansı ölkələrdə işləyəcəyi və köçürmələr üçün komissiya tutulacağı hələ məlum deyil.

Cari ilin fevralında Hindistanda olmuş messencerin həmtəsisçisi Brayan Ekton kommunikasiya və informasiya texnologiyaları naziri ilə görüşdə etiraf edib ki, onun şirkəti ödəmə xidmətlərinin “WhatsApp” messencerinə inteqrasiya imkanını nəzərdən keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.