DÜNYA


“WhatsApp” messenceri “Android” qurğularında videozəng funksiyasını aktivləşdirir

A+ A

Bakı, 26 oktyabr, AZƏRTAC 

“Facebook” şirkətinə məxsus “WhatsApp” messenceri tədricən “Android” platforması ilə işləyən qurğularda videozəng funksiyasını aktivləşdirir. Hələ ki yeni funksiya bütün istifadəçilər üçün əlçatan deyil.

“Android Police” saytı yazır ki, artıq “WhatsApp” messencerinin ən son beta versiyasında (2.16.318) kamera vasitəsilə ünsiyyət saxlamaq olar, amma internetdən “APK” faylını yükləmək lazımdır. Yaxın günlərdə videozəng funksiyasının geniş kütlə üçün əlçatan ediləcəyi gözlənilir.

AZƏRTAC “vesti.ru” saytına istinadən xəbər verir ki, danışıq zamanı səsi alaraq smartfonun arxa və ön kameraları arasında keçid etmək olar.

“WhatsApp” dünyada ən populyar mobil proqramlardan biridir və auditoriyası 1 milyardı ötür. Messencer mobil qurğularda (“Android”, “iOS”, “Blackberry” və “Windows Phone”), həm də kompüterlərdə (“Windows”, “macOS”) əlçatandır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.